Ermənistan parlamentinin əməkdaşı Tural Gəncəliyevi ölümlə hədələdi

 Ermənistan parlamentinin əməkdaşı Tural Gəncəliyevi ölümlə hədələdi
  10 Aprel 2021    Oxunub:6269
Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri, Milli Məclisin deputatı Tural Gəncəliyev Ermənistan parlamentinin əməkdaşı tərəfindən təhdid olunub.

Azvision.az xəbər verir ki, bu barədə deputat sosial şəbəkə hesabında məlumat paylaşıb.
"Ermənistan parlamentinin xarici əlaqələr komitəsinin əməkdaşı məni “həbsxanada başını kəsəcəyik” deyərək təhdid edir. Ermənistanın uzun illərdir yaratdığı Azərbaycanofobia və etnik nifrətin bariz nümunəsi olan davranışa görə həmin şəxsin tutduğu vəzifəsindən ən qısa müddətdə kənarlaşdırılması labüddür", - deyə T.Gəncəliyev qeyd edib.





Azvision.az


Teqlər: Tural-Gəncəliyev  





Xəbər lenti