Rusiyada koronavirusdan daha 402 nəfər ölüb

Rusiyada koronavirusdan daha 402 nəfər ölüb
  10 Aprel 2021    Oxunub:1521
Rusiyada son sutka ərzində koronavirusa 8704 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 4 632 688 nəfərə çatıb.

Rusiyada son bir gündə 402 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 102 649 nəfərdir. İndiyədək 4 258 279 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada beşinci yerdədir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya  





Xəbər lenti