Ter-Petrosyanın partiyası seçkilərə qatılır

Ter-Petrosyanın partiyası seçkilərə qatılır
  10 Aprel 2021    Oxunub:2717
Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın rəhbərlik etdiyi partiya erkən parlament seçkilərində iştirak edəcək.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresi 1 mayda partiyanın qurultayını çağırır. Qurultayda partiya erkən parlament seçkilərində iştirak edib-etməyəcəyi ilə bağlı yekun qərar verəcək.

“Əgər fors-major hadisələr baş verməzsə, Ter-Petrosyanın partiyası seçkilərdə ehtimal ki, ayrıca iştirak edəcək", - açıqlamda vurğulanıb.

Qeyd edək ki, Ermənistanda erkən parlament seçkiləri iyunun 20-nə təyin edilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Seçki   Parlament  





Xəbər lenti