Səudiyyə Ərəbistanında üç hərbçi edam edildi

  10 Aprel 2021    Oxunub : 1796
Səudiyyə Ərəbistanında üç hərbçi edam edildi
Səudiyyə Ərəbistanının hərbi tribunalı vətənə xəyanətdə günahlandırılan üç hərbçi barədə ölüm hökmü çıxarıb.
Azvision.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “SPA” dövlət agentliyi məlumat yayıb.

"Düşmənlə hər hansı bir əməkdaşlığı qadağan edən qanuna əsasən, Müdafiə Nazirliyinin üç hərbi qulluqçusu krallığın mənafeyinə zidd olaraq düşmənlə əlaqələrə görə böyük xəyanətdə günahkar bilinib. Onların günahları sübuta yetirildikdən sonra barələrində ölüm hökmü çıxarıldı. Hökm icra edildi", - deyə agentlik yazıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: SəudiyyəƏrəbistanı