Tanınmış həkim açıq havada maska taxmamaq təklifini dəstəklədi

 Tanınmış həkim açıq havada maska taxmamaq təklifini dəstəklədi
  10 Aprel 2021    Oxunub:3395
Son günlər sosial şəbəkələrdə açıq havada maska taxılmamasına dair kampaniyaya start verilib. Bir çox vətəndaşlar isti hava şəraitində maskada nəfəs almağın mümkün olmadığı deyir, qadağanın ləğv olunmasını istəyirlər.

Koronavirusa yoluxma hallarının artdığı məqamda açıq havada maska qadağasının ləğvi mümkündürmü?
Tibb elmləri doktoru,  professor Adil Qeybulla məsələ ilə bağlı  Azvision.az -a açıqlamasında bildirib ki, qapalı mühitdə maska taxmaq vacib şərtdir. Tanınmış həkim maska qadağasına yenidən baxmağın lazım olduğunu deyib:

"Bu gün restoranlar, ictimai-iaşə müəssisələrində, kafelərdə insanlar maskasız saatlarla oturub, yemək yeyir, əylənir, söhbət edir. Amma bayıra çıxanda maska taxılması tələb olunur. Bu, tam absurddur. Qapalı mühitdə maska taxmamaq imkanı varsa, açıq havada neçə maska istifadə oluna bilər? O baxımdan insanların fikirləri məntiqli görünür".



A.Qeybulla hesab edir ki, karantin qaydalarına yenidən baxılmalı və bəzi nüanslar nəzərə alınmalıdır.

"Epidemioloji vəziyyətdən asılı olaraq yumşalma və sərtləşmə ola bilər. Əgər epidemioloji vəziyyət pisləşərsə, əlavə qaydalar ola bilər. Lakin hesab edirəm ki, yaya doğru getdikcə açıq havada maskadan istifadə məsələsi diqqətdə olmalıdır. İnsanlar maskadan bezib. Təsəvvür edin, restoranda neçə saat maskasız oturub yemək yeyir, amma çölə çıxanda maska taxır. Halbuki onun bayırda yoluxma ehtimalı aşağıdır, nəinki qapalı mühitdə. Bütün bunlara yenidən baxılmalıdır".

Aytən Zəhra
Azvision.az


Teqlər: Açıq-hava   Maska  





Xəbər lenti