Türk dövlətlərinin əməkdaşlığa dair yol xəritəsi hazırlanır

  Türk dövlətlərinin əməkdaşlığa dair yol xəritəsi hazırlanır
  10 Aprel 2021    Oxunub:4647
Biz türk dövlətləri ilə əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə yol xəritəsi hazırlayırıq.
Azvision.az xəbər verir ki, bunu Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısında çıxış edən Türk Şurasının Baş katibi Bağdad Amreyev deyib.

Baş katib bildirib ki, türkdilli ölkələrin media qurumları arasındakı ələqələrin inkişaf etdirilməsi prioritet istiqamətlərdən biridir:

“Biz Qarabağ müharibəsi dövründə gördük ki, türk mediası bu məsələnin işıqlandırılmasında fəal iştirak etdi. Biz bundan sonra da birgə səylər göstərməliyik”.

Azvision.az


Teqlər: Bağdad-Amreyev   Türkdilli   Dövlətlər  





Xəbər lenti