“Türkdilli ölkələr arasında informasiya təminatı vacibdir” - Hikmət Hacıyev

 “Türkdilli ölkələr arasında informasiya təminatı vacibdir” -    Hikmət Hacıyev
  10 Aprel 2021    Oxunub:4374
Azərbaycan tükdilli dövlətlər arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində lazımi işlər görür.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısında çıxışı zamanı deyib.

Prezidentin köməkçisi bildirib ki, türkdilli ölkələr arasında bütün sahələrdə əməkdaşlıq uğurla inkişaf edir:

“İnformasiya və kommunikasiya sahəsində əməkdaşlığın genişləndirilməsi qarşıda duran prioritet istiqamətlərdən biridir. Media sahəsində əməkdaşlığın lazımi hüquqi parametrləri müəyyən edilib, lazımi sənədlər qəbul olunub ki, bu da əməkdaşlığımızın praktiki formada genişləndirilməsi üçün imkanlar yaradır. Türkdilli ölkələr arasında informasiya təminatının yaradılması vacib şərlərdən biridir”.

Azvision.az


Teqlər: Prezidentin-köməkçisi   Hikmət-Hacıyev  





Xəbər lenti