“Yeni qanun layihəsi medianın inkişafına imkan verəcək” - Hikmət Hacıyev

   “Yeni qanun layihəsi medianın inkişafına imkan verəcək” -    Hikmət Hacıyev
  10 Aprel 2021    Oxunub:3083
Azərbaycanda “Media haqqında” yeni qanun layihəsi hazırlanıb.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısında çıxışı zamanı deyib.

H.Hacıyev qeyd edib ki, qanun layihəsinin təkmilləşdirilməsi üçün Türkiyənin təcrübəsindən də istifadə edilib.

“Yeni qanun layihəsində bir sıra vacib məsələlər öz əksini tapıb. Bu qanun layihəsi medianın inkişafına imkan verəcək”, - deyə Prezidentin köməkçisi vurğulayıb.

Azvision.az


Teqlər: HikmətHacıyev  





Xəbər lenti