Rusiya Türkiyəyə uçuşları məhdudlaşdırır

 Rusiya Türkiyəyə uçuşları məhdudlaşdırır
  10 Aprel 2021    Oxunub:6714
Rusiya koronavirusla əlaqədar mövcud vəziyyətə görə, Türkiyəyə uçuşlarda bir ay müddətinə məhdudiyyətlər tətbiq edə bilər.
Azvision.az xəbər verir ki, bu barədə “İzvestiya” nəşri Rusiya Nəqliyyat Nazirliyinə və turoperatorlara istinadən yazıb.

Qəzetin məlumatına görə, çox güman ki, 12 aprel tarixindən etibarən mütəmadi və çarter uçuşları məhdudlaşacaq. Lakin bu, yük-sərnişin uçuşlarına təsir etməyəcək.

Həmçinin, hökumət Böyük Britaniya ilə olduğu kimi, Türkiyə ilə hava əlaqəsini tamamilə dayandırmağı planlaşdırmır. Bundan əlavə, Türkiyədən qayıdan ruslar üçün 14 günlük karantin tətbiq edilə bilər.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Rusiya  





Xəbər lenti