Meqan şahzadənin dəfninə getməkdən imtina etdi

  10 Aprel 2021    Oxunub : 1985
Meqan şahzadənin dəfninə getməkdən imtina etdi
Britaniya şahzadəsi Harrinin həyat yoldaşı Meqan Markl şahzadə Filipin cənazə mərasiminə getməkdən imtina edib.
Azvision.az xəbər verir ki, bu barədə "The Sun" nəşri yazıb.

Məlumata görə, Harri mərasimə qatılmaq üçün Londona yola düşüb, ancaq Meqan Markl getməkdən imtina edib. Aktrisa bunu hamiləliyin son mərhələsində olması və uzun uçuşların bətnindəki körpənin sağlamlığına pis təsir göstərə bilməsi ilə izah edib.

Xatırladaq ki, bu yaxınlarda Meqan müsahibəsi zamanı kral ailəsini irqçilikdə günahlandırıb və digər ittihamlar səsələndirib. Bu mənada çoxları onun dəfnə gəlməsini yersiz hesab edirdi.

Edinburq hersoqu və Böyük Britaniya kraliçası II Yelizavetanın həyat yoldaşı Filip dünən 99 yaşında vəfat edib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: MeqanMarkl