Zəngilanda məhv edilmiş Araz palıdı meşəsi - FOTOLAR

Zəngilanda məhv edilmiş Araz palıdı meşəsi -  FOTOLAR
  10 Aprel 2021    Oxunub:7739
Ermənilər işğal dövründə Qarabağdakı kənd və şəhərləri viran edərək ekologiyamıza böyük ziyan vurublar. Azad edilmiş ərazilərdə erməni vandalizminin izləri görənləri sözün həqiqi mənasında dəhşətə gətirir.
Ermənistanın ekoloji terroruna məruz qalan Zəngilana səfərimiz zamanı baş çəkdiyimiz yerlərdən biri də Vənədli kəndi yaxınlığında yerləşən qiymətli Araz palıdı meşə sahəsi oldu. İşğal dövründə düşmən burada ekoloji terror əməllləri törədib. Belə ki, meşə ərazisindəki bütün ağaclar kəsilərək məhv edilib. Vaxtilə Araz palıdı ilə sıx meşəlik olan ərazi erməni barbarlığının qurbanına çevrilib.



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qarabağ sektorunun müdiri Raqub Mirzəyev Azvision.az-a açıqlamasında bildirib ki, işğaldan əvvəl Araz palıdı meşəsinin ümumi sahəsi 10 min hektar olub.

Onun sözlərinə görə, bu ərazinin müəyyən hissəsində monitorinq keçirilib və 287,5 hektar ərazidə ağacların ermənilər tərəfindən kəsilərək aparıldığı, izini itirmək üçün yerinin yandırıldığı, hətta bəzi ərazilərdə həmin yerlərin şumlanaraq əkin sahəsinə çevrildiyi müəyyən edilib.



R.Mirzəyev qeyd edib ki, ərazi minalar baxımından təhlükəli olduğu üçün tam monitorinq aparmaq mümkün deyil. Bu baxımdan ərazilər minalardan təmizləndikdən sonra monitorinqlər aparılacaq və məhv edilmiş meşəlik ərazilərin dəqiq statistikası müəyyən olunacaq.











Anar Kəlbiyev
Azvision.az


Teqlər: Zəngilan   Araz-palıdı   Düşmən   Məhv   Ağac   Ekologiya  





Xəbər lenti