İranda dördüncü dalğa: Yeni qadağalar tətbiq edilir

      İranda dördüncü dalğa:    Yeni qadağalar tətbiq edilir
  10 Aprel 2021    Oxunub:4096
İranda koronavirus pandemiyasının 4-cü dalğasının başlaması ilə əlaqədar ictimai nəqliyyat daxil olmaqla bazar və iri ticarət mərkəzlərinin fəaliyyəti məhdudlaşdırılıb.
Prezident Həsən Ruhani İranda koronavirusun 4-cü dalğasının başladığını elan etdikdən sonra təcili tədbirlər hazırlanaraq həyata keçirilib.

Məlumata görə, İranda toy və yas mərasimlərinin keçirilməsi, kütləvi namazlar, həmçinin bazar və ticarət mərkəzlərinin fəaliyyəti 10 gün müddətinə qadağan edilib.

Son 24 saat ərzində İranda 22 478 nəfərin koronavirusa yoluxması faktı qeydə alınıb, 155 nəfər isə həyatını itirib. İranda koronavirusdan ölənlərin ümumi sayı 64 39 nəfərə çatıb.

Azvision.az


Teqlər: İran  





Xəbər lenti