Ohanyana qarşı yeni ittiham irəli sürüldü

   Ohanyana qarşı yeni ittiham irəli sürüldü
  11 Aprel 2021    Oxunub:4325
Ermənistanda bir çox keçmiş məmurlar "Dzora" Su Elektrik Stansiyasının özəlləşdirilməsi prosesində vəzifələrindən sui-istifadə faktı üzrə ittiham olunur.
Bu barədə Ermənistan Xüsusi İstintaq Xidməti məlumat yayıb.

Bildirilir ki, iş üzrə keçmiş müdafiə naziri Seyran Ohanyana, Dövlət Xidmətləri Tənzimləmə Komissiyasının keçmiş sədri Robert Nazaryan, onun müavini Nikolay Qriqoryan, komissiya üzvləri Şiraz Kirakosyan, Muşeq Koşetsyan və Vatikandakı keçmiş səfir, üçüncü prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyana qarşı ittiham irəli sürülüb.

İstintaq materiallarına əsasən, 2010-cu ildə müdafiə naziri Seyran Ohanyan tərəfindən imzalanan məxfi əmrlə qanunsuz olaraq 4 milyard 646 milyon 400 min dram (təxminən 9 milyon dollar) dəyərində səhmləri olan "Dzora" Su Elektrik Stansiyasının bir bloku – "Dzoraget Hydro" MMC üçün nəzərdə tutulmuş 3 milyard 600 milyon dram (7 milyon dollar) mənimsənilib.

Cinayət işi üzrə istintaq materialları Baş Prokurorluğa göndərilib.

Azvision.az


Teqlər: SeyranOhanyan  





Xəbər lenti