Türkiyədə koronavirusla bağlı son vəziyyət

  10 Aprel 2021    Oxunub : 2256
   Türkiyədə koronavirusla bağlı son vəziyyət
Türkiyədə son sutka ərzində 248 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda 52 min 676 yeni yoluxma faktı qeydə alınıb. Bununla virusa yoluxanların sayı 3 milyon 798 min 333, pandemiya qurbanlarının sayı isə 33 min 702 nəfərə çatıb.

Türkiyədə indiyədək 3 milyon 301 min 217 pasiyent (son sutkada 32 539 nəfər) sağalaraq evə buraxılıb.



Azvision.az

Teqlər: Türkiyə   Koronavius   Pandemiya