Myanmada toqquşmalarda ölənlərin sayı 700-ü keçib

Myanmada toqquşmalarda ölənlərin sayı 700-ü keçib
  11 Aprel 2021    Oxunub:2582
Myanmada hərbi rejim əleyhinə keçirilən etiraz aksiyalarında 700-dən çox vətəndaş həyatını itirib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda 3012 nəfər polis nəzarəti altındadır, 656 nümayişçinin həbsinə qərar verilib.

Son məlumata görə, toqquşlarda ölənlərin sayı 701 nəfərdir.

Qeyd edək ki, bundan əvvəl Myanmanın Yanqon, Mandalay, Myeik, Vundvin, Meikhtila və Kyaukpadaunq şəhərlərində aksiyalar zamanı polis və ordu qüvvələri tərəfindən nümayişçilərə dəfələrlə atəş açılıb.

Fevralın 1-də Myanma ordusu ölkədə bir il müddətinə fövqəladə vəziyyət elan edib və 2020-ci ilin noyabr seçkilərində genişmiqyaslı saxtakarlığın olması ilə əlaqədar ölkə başçısını vəzifəsindən uzaqlaşdırıb.

Hərbçilər hakimiyyətin silahlı qüvvələrin baş komandanı Min Aun Xlainə keçdiyini bildiriblər. Bununla yanaşı, vitse-prezident Myint Sveni müvəqqəti prezident təyin ediblər.

Azvision.az


Teqlər: Myanma  





Xəbər lenti