Türkiyə xüsusi təyinatlıları terrorçuları zərərsizləşdirdi

  11 Aprel 2021    Oxunub : 2142
Türkiyə xüsusi təyinatlıları terrorçuları zərərsizləşdirdi
Türkiyə Ordusunun xüsusi təyinatlı qüvvələri “Barış pınarı” əməliyyatı zonasında PKK-nın Suriya qanadı olan YPG-nin üç terrorçusunu zərərsizləşdirib.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, terrorçular "Barış pınarı" əməliyyat zonasına girməyə cəhd göstəriblər. Xüsusi təyinatlı qüvvələr cavab atəşi ilə terrorçuları zərərsizləşdirib.

Azvision.az

Teqlər: Türkiyə   Terrorçu