Rusiyada pandemiya qurbanlarının sayı 103 minə çatdı

  11 Aprel 2021    Oxunub : 1841
Rusiyada pandemiya qurbanlarının sayı 103 minə çatdı
Rusiyada son sutka ərzində koronavirusa 8702 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 4 641 390 nəfərə çatıb.

Rusiyada son bir gündə 337 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 102 986 nəfərdir. İndiyədək 4 265 509 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada beşinci yerdədir.

Azvision.az

Teqlər: Rusiya   Koronavirus