Ağsuda yas keçirənlər məsuliyyətə cəlb edildi

Ağsuda yas keçirənlər məsuliyyətə cəlb edildi
  11 Aprel 2021    Oxunub:2800
Ağsu Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Ağarx kəndi ərazisində yerləşən fərdi yaşayış evində yas mərasimi təşkil edildiyi müəyyən olunub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən Azvision.az - a məlumata görə, polis əməkdaşları həmin ünvana gəlib,xüsusi karantin rejimi qaydalarını pozduqları üçün mərasimi təşkil edən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib ediblər.

Azvision.az


Teqlər: DİN   Ağsu  





Xəbər lenti