Liviyanın Baş naziri Ankaraya səfər edəcək

Liviyanın Baş naziri Ankaraya səfər edəcək
  12 Aprel 2021    Oxunub:1808
Liviyanın Baş naziri Əbdülhəmid Dbeybəhin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfər edəcək.
Azvision.az xəbər verir ki, səfər aprelin 12-də baş tutacaq.

Məlumata görə, Ankaraya səfər edəcək Liviya nümayəndə heyətinin tərkibində 14 nazir təmsil olunacaq.

Liviya Baş nazirinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə Ankara ilə Tripoli arasında əlaqələrin daha da möhkəmlənməsi, müxtəlif sahələrdə əməkdaşlığın inkişafı məsələləri müzakirə ediləcək.

Bundan əlavə, ölkələr arasında ikitərəfli sazişlər imzalanacaq.

Azvision.az


Teqlər: Liviya   Türkiyə  





Xəbər lenti