İtaliyada pandemiya qurbanlarının sayı 114 mini keçdi

  11 Aprel 2021    Oxunub : 1474
İtaliyada pandemiya qurbanlarının sayı 114 mini keçdi
İtaliyada son sutka ərzində 15 746 nəfər koronavirus infeksiyasına yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamenti məlumat yayıb.

Bildirilib ki, İtaliyada koronavirusa yoluxanların ümumi sayı 3 769 814 nəfərə yüksəlib. Son bir gündə pandemiya qurbanlarının sayı 331 nəfər artaraq 114 254-ə çatıb.

Hazırda 533 min nəfər koronavirusdan müalicə alır, onlardan 3585-nin vəziyyəti ağır olaraq qiymətləndirilir. İndiyədək 3 122 555 nəfər xəstəlikdən sağalıb.

Azvision.az

Teqlər: İtaliya   Koronavirus