Almaniyada yoluxma sayı üç milyonu keçdi

Almaniyada yoluxma sayı üç milyonu keçdi
  12 Aprel 2021    Oxunub:1389
Almaniyada son bir gündə 13 245 nəfər koronavirus infeksiyasına yoluxub, 99 pasiyent dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə Robert Kox İnstitutu məlumat yayıb.

İnstitutun açıqlamasına görə, Almaniyada epidemiyanın başlanğıcından bəri 3 011 513 yoluxma halı aşkarlanıb, 78 452 ölüm faktı qeydə alınıb.

Xatırladaq ki, Almaniyada karantin rejimi 18 aprelədək uzadılıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: COVID-19  





Xəbər lenti