Lavrov Misirdə danışıqlar aparacaq

Lavrov Misirdə danışıqlar aparacaq
  12 Aprel 2021    Oxunub:1582
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Misirə işgüzar səfəri çərçivəsində bu gün bir sıra görüşlər keçirəcək.
Azvision.az bu barədə “TASS”a istinadla xəbər verir.

Məlumata görə, Lavrovun səfər proqramına Misir Prezidenti Əbdül Fəttah əs-Sisi ilə görüş, həmkarı Sameh Şükri ilə danışıqlar daxildir. Rusiyanın XİN rəhbəri, həmçinin Ərəb Dövlətləri Liqasının baş katibi Əhməd Əbu əl-Qeytlə də görüşəcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Misir  





Xəbər lenti