Ukraynada son sutkada 8 minə yaxın yoluxma olub

Ukraynada son sutkada 8 minə yaxın yoluxma olub
  12 Aprel 2021    Oxunub:1671
Ukraynada son sutka ərzində 7856 nəfər COVID-19 virusuna yoluxub, 287 pasiyent vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə Ukrayna Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkə üzrə ümumi yoluxma sayı 1 861 105-a çatıb, indiyədək 37 301 nəfər virusun qurbanı olub, 1 416 215 xəstə sağalıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ukrayna  





Xəbər lenti