ABŞ-da qondarma “soyqırımı” tədbirləri məhdudlaşdırılır

ABŞ-da qondarma “soyqırımı” tədbirləri məhdudlaşdırılır
  12 Aprel 2021    Oxunub:1614
Ermənistan hakimiyyəti bu ilin aprelin 24-də qeyd ediləcək qondarma “erməni soyqırımı” ilə bağlı tədbirləri azaltmağı planlaşdırır.

Azvision.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Qeyd edilir ki, “soyqırımı” günü ərəfəsində Ermənistanın ABŞ-dakı səfirinə bu istiqamətdə tədbirlərin mümkün qədər az keçirilməsi tapşırılıb:
“Səfir Varujan Nersisyan “soyqırımın” tanınmasına yönəlmiş tədbirlərdə mümkün qədər az iştirak edəcək. Nersisyan hökumətdən xüsusi tapşırıq alıb ki, 24 aprel tarixinə qədər “soyqırımı” ilə əlaqəli az tədbir təşkil etsin. Bu azmış kimi sosial şəbəkələrdə aparılacaq kampaniyalarda, onlayn tədbirlərdə iştirakın minimuma endirilməsinə dair təlimatlar da var. Xarici İşlər Nazirliyindəki mənbə yayılan bu məlumatı təsdiqləyib. Qeyd edilir ki, bütün bu təlimatlarda məqsəd, Ermənistan hökumətinin hazırda başlatdığı Türkiyə ilə yaxınlaşma prosesi ilə bağlıdır".

Tural Tağıyev
Azvision.az


Teqlər: Ermənistan   Səfir   Təlimat  





Xəbər lenti