Ermənistanda koronavirusa yoluxma sayı 203 mini ötdü

Ermənistanda koronavirusa yoluxma sayı 203 mini ötdü
  12 Aprel 2021    Oxunub:1364
Ermənistanda son sutka ərzində daha 510 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 203 327 nəfərə yüksəlib.

Ermənistanda koronavirusdan bir gündə 18 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 3753-ə çatıb.

Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 953 nəfərdir. Aktiv xəstələrin sayı 15 785 nəfər təşkil edir.

Pərvanə Sultanova
Azvision.az





Teqlər: Ermənistan  





Xəbər lenti