Türkiyədə kütləvi iftar mərasimləri keçirilməyəcək

 Türkiyədə kütləvi iftar mərasimləri keçirilməyəcək
  12 Aprel 2021    Oxunub:1805
Türkiyədə Ramazan ayında koronavirusla əlaqədar kütləvi iftar tədbirləri keçirilməyəcək
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda vurğulanıb ki, insanları biraraya gətirən iftar və sahur mərasimlərinə və iftar çadırlarının qurulmasına icazə verilməyəcək. Çörək sexlərindəki xüsusi sifarişlər daxil olmaqla, pide və çörək istehsalı iftardan 1 saat əvvəl tamamlanacaq.

Bundan əlavə, bu müddət ərzində məscidlərdə təravih namazı da qılınmayacaq.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ramazanayı  





Xəbər lenti