Kolumbiya "Biznes uyğunlaşdırma" forumu keçirir

Kolumbiya "Biznes uyğunlaşdırma" forumu keçirir
  12 Aprel 2021    Oxunub:1661
Kolumbiya hökuməti “ProColombia” Təşviq Agentliyi vasitəsilə bu il aprelin 12-dən 23-dək 85-ci "Biznes uyğunlaşdırma" forumu keçirəcək.
Bu barədə Azvision.az-a Kolumbiyanın Bakıdakı səfirliyindən məlumat verilib.

Qeyd edilib ki, tədbir virtual formatda keçiriləcək, açılış mərasimi aprelin 12-də, Bakı vaxtı ilə saat 17:00-da ölkə iqtisadiyyatının bərpası planının məqsədlərini və əhatə dairəsini təqdim edəcək Prezident İvan Duke və bir neçə nazir tərəfindən baş tutacaq.

Forumu canlı izləmək üçün linkə daxil olmaq lazımdır: https://live.macrorruedasprocolombia.co/macrorrueda85

85-ci "Biznes uyğunlaşdırma" forumunda 1500-dən çox Kolumbiya şirkətinin iştirakı gözlənilir hansılar ki, aqro-qida zəncirinə daxil olan təzə meyvə və tərəvəz, qəhvə törəmələri, içkilər, su məhsulları və balıqçılıq, şəkər, kakao və onun törəmələri, süd məhsulları və törəmələr, yağlar və yağlar və heyvandarlıq, sənaye 4.0-a daxil olan proqram və İT, kiber təhlükəsizlik, reklam və rəqəmsal marketinq, animasiya, audiovizual istehsal və video oyunları, toxuculuq materialları və aksesuarlar sektoruna daxil geyim, dəri, ayaqqabı, tekstil zərgərlik və s. İstehsalar sektoruna daxil olan məişət əşyaları, alətlər və cihazlar, tikinti materialları, avtoehtiyat hissələri, kustar sənətkarlıq məmulatları habelə kosmetika, plastik və rezin, əczaçılıq preparatları, xəstəxana ləvazimatları və kimyəvi maddələr və s. kimi sektorları təmsil edir.

85-ci forumda kolumbiyalı sahibkarlarla təxminən 13 000 virtual iş görüşməsi keçirəcək, 50-dən çox ölkədən təxminən 1000 iş adamının iştirakını gözləyir. İştirak edəcək beynəlxalq şirkətlər arasında "PriceSmart", "Toyota", "The Home Depot", "Jerónimo Martins", "Dolce", "Carter’s" və digərləri var.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Kolumbiya  





Xəbər lenti