“Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşləri bərpa oluna bilər” - Karasin

 “Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşləri bərpa oluna bilər” -  Karasin
  12 Aprel 2021    Oxunub:3249
Rusiya Prezidentinin məsuliyyətli və enerjili mövqeyi qan tökülməsinin sona çatmasına, 9 noyabr (10 noyabr – red.) 2020-ci il tarixində Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında razılığın əldə olunmasına gətirib çıxardı.
Azvision.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin sədri Qriqori Karasin “Kommersant” nəşrinə müsahibəsində deyib.

O bildirib ki, bölgədə sülhməramlı əməliyyat başladılıb və kontingenti Rusiya hərbçiləri təşkil edir. Bu, artıq əhəmiyyətli bir nəticədir.

Karasin qeyd edib ki, Dağlıq Qarabağ və ətrafındakı rayonların minalardan təmizlənməsi indi vacib məsələdir.

“Əlbəttə, çox şey tərəflər arasında etibarın nə qədər tez qurulacağından asılı olacaq. Artıq konkret addımlar atılıb. Rusiya Prezidentinin təşəbbüsü ilə siyasi mövzularda müzakirələr davam edir və həll yolları axtarılır. Baş nazir müavinləri səviyyəsində üçtərəfli komissiya iqtisadi, nəqliyyat və logistika problemlərini müzakirə etmək üçün güclü bir iş görür".

ATƏT-in Minsk Qrupu həmsədrlərinin proseslərə cəlb edilməsinə gəlincə, Karasin bildirib ki, onlar bu işdə faydalı rol oynaya bilərlər:

“Bu üçlük təcrübəyə və möhkəm xarici dəstəyə malikdir. Görünən odur ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT həmsədrlərinin himayəsi altında müntəzəm görüşlərinin keçirilməsi praktikası bərpa oluna bilər ki, bu da əhəmiyyətli dərəcədə beynəlxalq rezonans doğura bilər".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: QriqoriKarasin  





Xəbər lenti