Rusiyada COVİD-dən ölənlərin sayı 103 mini ötüb

Rusiyada COVİD-dən ölənlərin sayı 103 mini ötüb
  12 Aprel 2021    Oxunub:1542
Rusiyada son sutka ərzində koronavirusa 8320 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 4 649 710 nəfərə çatıb.

Rusiyada son bir gündə 277 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 103 263 nəfərdir. İndiyədək 4 272 165 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada beşinci yerdədir.

Azvision.az


Teqlər: Rusiya  





Xəbər lenti