Şəhid ailələri ilə görüşlər keçirilib - FOTO

Şəhid ailələri ilə görüşlər keçirilib -  FOTO
  12 Aprel 2021    Oxunub:1726
Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və Hərbi Qulluqçuların Ailələri ilə iş üzrə şöbəsinin nümayəndələri şəhid ailələri ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, görüş zamanı ailələrin sosial problemləri, qayğıları öyrənilərək onlarla söhbətlər aparılıb, şəhidlərimizin igidlik və şücaətlərindən danışılıb.



Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Belə görüşlərin şəhid ailələrinin problemlərini öyrənmək baxımından müntəzəm olacağı diqqətə çatdırılıb.


Azvision.az



Teqlər: MN   Şəhid  






Xəbər lenti