Şahzadəyə görə səfirlikdə xatirə kitabı açılmayacaq

Şahzadəyə görə səfirlikdə xatirə kitabı açılmayacaq
  12 Aprel 2021    Oxunub:2047
Edinburq hersoqu şahzadə Filipin aprel ayının 9-da vəfatı ilə bağlı Kral ailəsinin internet səhifəsində başsağlığı mesajları üçün virtual xatirə kitabı (The Book of Condolence) açılıb.
Azvision.az xəbər verir ki, bu barədə Britaniyanın Azərbaycandakı səfirliyinin “Facebook” səhifəsində paylaşım edilib.

Məlumatda vurğulanıb ki, COVİD-19 pandemiyası səbəbiylə Böyük Britaniyanın Bakıdakı səfirliyində ictimaiyyət üçün xatirə kitabı açılmayacaq.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Edinburqhersoqu  





Xəbər lenti