Ermənistanda itkin hərbçilərin valideynləri aksiya keçirir

 Ermənistanda itkin hərbçilərin valideynləri aksiya keçirir
  12 Aprel 2021    Oxunub:2308
İkinci Qarabağ müharibəsində itkin düşmüş hərbçilərin valideynləri İrəvanda hökumət binası qarşısında etiraz aksiyası keçirir.
Azvision.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

Bildirilib ki, onlar baş nazir Nikol Paşinyanla görüş tələb edirlər.

“Biz bu məslənin nə vaxt həllini tapacağını bilmək istəyirik. Belə bir qeyri-müəyyən vəziyyətdə yaşamaq mümkün deyil ”, - itkin düşən hərbçilərdən birinin qohumu Arsen Qukasyan qeyd edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Etiraz   Aksiya  





Xəbər lenti