Balaxanıda tullantıların emalı və xidmət müəssisələri yaradılır

  12 Aprel 2021    Oxunub : 1889
 Balaxanıda tullantıların emalı və xidmət müəssisələri yaradılır
Prezident İlham Əliyev “Bakı şəhərində Balaxanı Sənaye Parkının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 1947 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Sərəncam imzalayıb.
Azvision.az-ın məlumatına görə, Sərəncamla müəyyən edilib ki, Balaxanı Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura və idarəetmə qurumlarına malik olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabətqabliyyətli məhsul istehsalı və xidmətlər göstərilməsi məqsədilə istifadə edilən, yaşıl biznesin inkişafına kömək edən ərazidir.

Resurslardan davamlı və səmərəli istifadəni təmin etmək və tullantıları minimuma endirmək məqsədilə Balaxanı Sənaye Parkının ərazisində istehsal müəssisələri, eləcə də tullantıların emalı (təkrar emalı) və xidmət müəssisələri yaradılır.

Azvision.az

Teqlər: Balaxanı   Sərəncam