ABŞ-ın sabiq səfiri Ağdamda: “Dağıntıları görmək insanı şoka salır”

  ABŞ-ın sabiq səfiri Ağdamda:  “Dağıntıları görmək insanı şoka salır”
  12 Aprel 2021    Oxunub:6042
Mən ikinci dəfədir ki, Ağdamda oluram. Birinci dəfə 2007-ci ildə gəlmişdim. Burada dağıntıları görmək doğurdan da insanı şoka salır.
Azvision.az -ın məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı sabiq səfiri, ATƏT-in Minsk qrupunun keçmiş amerikalı həmsədri Metyu Brayza Ağdama səfəri zamanı deyib.

Sabiq diplomat bildirib ki, dağıntıları görmək çox ciddi təəssüratlar yaradır: "Buradakı vəziyyət illər boyu bu ərazilərdə həyatını itirən və normal həyat tərzindən məhrum olan insanların acısının nə dərəcədə dərin olduğu barədə məlumat verir".

Metyu Brayza əlavə edib ki, noyabrda imzalanan bəyanat doğurdan da sabitlik üçün böyük imkanlar açır: "Ümid edirəm ki, yenidənqurma prosesi çərçivəsində tədricən Ağdam kimi gözəl şəhər bərpa olunacaq və bura həyat qayıdacaq".

Müharibədə qazanılan qələbənin Azərbaycana verəcəyi üstünlüklərdən danışan Brayza bildirib ki, ilk növbədə əsas məsələ bölgənin təhlükəsiz olmasıdır.

"Bölgədəki bərpa işləri tədricən imkan verəcək ki, əhali geri qayıtsın. Bundan başqa, Zəngəzurdan keçən dəhliz vasitəsilə iqtisadi əlaqələrin inkişafı baş verəcək. Həmçinin, siyasi baxımdan Azərbaycan bu Zəfərlə Orudsunun nə dərəcədə güclü olduğunu nümayiş etdirdi. Eyni zamanda, Azərbaycan sülhə sadiqliyini də nümayiş etdirir, azərbaycanlıların və ermənilərin birgə yaşayışı üçün öz töhfəsini verir".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ağdam  





Xəbər lenti