Komitənin təşəbbüsü ilə qanvermə aksiyasına start verilib

Komitənin təşəbbüsü ilə qanvermə aksiyasına start verilib
  12 Aprel 2021    Oxunub:1384
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə “Qan verək, həyat bəxş edək” qanvermə aksiyası həyata keçirilir.
Komitənin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, aksiya ölkədə karantin rejiminin tədbiq olunduğu müddətdə talassemiya və hemofeliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının yaradılmasına dəstək məqsədi daşıyır.

Bu günki aksiyaya Komitə əməkdaşları ilə yanaşı, vətəndaş cəmiyyəti nümayəndələri, Komitə yanında İctimai şuranın üzvləri, "Bilik" xeyriyyə təşkilatı, "Səbail" Peşəkar Futbol Klubu, "Vəfa" Sosial Problemlərə Dəstək İctimai Birliyi, Ağsu İdman Mərkəzi, Respublika Qadınlar Cəmiyyəti, Qan Donorları Assosiasiyasının nümayəndələri və könüllülər qatılıblar.

Aksiya ölkədə elan olunan karantin qaydalarına uyğun olaraq, təhlükəsizlik tədbirləri nəzərə alınmaqla baş tutub. Aksiya zamanı Komitə tərəfindən hazırlanan maarifləndirici materiallar da iştirakçılara təqdim olunub.

Qeyd edək ki, Respublika Mərkəzi Qan Bankında baş tutan qanvermə aksiyası 2 gün davam edəcək.


Azvision.az


Teqlər: Qanvermə  





Xəbər lenti