Merkel Almaniyada vəziyyətin ağır olduğunu etiraf etdi

Merkel Almaniyada vəziyyətin ağır olduğunu etiraf etdi
  12 Aprel 2021    Oxunub:2197
Almaniya kansleri Angela Merkel ölkədə koronavirus infeksiyasına yoluxanların sayının artmağa davam etdiyini, pandemiyanın üçüncü dalğasının ən ağır hala gəldiyini bildirib.
Azvision.az xəbər verir ki, bu barədə Merkel Hannoverdə beynəlxalq sənaye sərgisinin açılışında bildirib:

"Alman sənayesi, demək olar ki, bu gün bölünüb: sənaye sahəsi fəaliyyətinə davam etsə də, xidmət sektoru məhdudiyyətlər səbəbiylə çox əziyyət çəkir. İqtisadi inkişaf daha çox pandemiyanın yayılmasının qarşısını nə qədər tez nəzarət altına alacağımızdan asılıdır. Əlbəttə, indi infeksiyaya yoluxma səviyyəsi çox yüksəkdir, reanimasiyadakı yerlər tutulub, üçüncü dalğanın bizim üçün ən sərt hala gəldiyini söyləyə bilərik".

Kansler peyvəndlənmənin pandemiya ilə mübarizədə "əsas silah" olaraq qaldığını deyib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: AngelaMerkel  





Xəbər lenti