"Çox istərdim ki, şair-yazıçılarımız Qarabağa getsin" - Xalq yazıçısı

"Çox istərdim ki, şair-yazıçılarımız Qarabağa getsin" -    Xalq yazıçısı
  12 Aprel 2021    Oxunub:2394
"Çox istərdim ki, şair və yazıçıların Qarabağa səfəri təşkil edilsin".
Azvision.az xəbər verir ki, bunu “Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) nəzdində fəaliyyət göstərən Bədii Şuranın yeni tərkibdə ilk iclasında Xalq yazıçısı Anar Rzayev deyib.

O, yazıçılardan da ibarət bir qrupla televiziya işçilərinin Şuşaya səfərinin təşkil edilməsini arzuladığını bildirib:

"Çox istərdim ki, şair-yazıçılarımız Qarabağa getsin, Şuşanı ziyarət etsinlər. Ziyalıların Qarabağa səfəri ilə bağlı təklifimiz olsa da, hələki cavab gözləyirik".

Aytən Zəhra
Azvision.az


Teqlər: AzTV   Bədii-Şura  





Xəbər lenti