96 müəssisənin Rusiyaya pomidor ixracına icazə verildi

96 müəssisənin Rusiyaya pomidor ixracına icazə verildi
  12 Aprel 2021    Oxunub:2174
Azərbaycandan Rusiya Federasiyasına ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin tamamilə aradan qaldırılması sahəsində Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumların birgə tədbirləri davam etdirilir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Azvision.az -a verilən məlumata görə, həyata keçirilən birgə tədbirlər çərçivəsində agentliyin mütəxəssisləri və Rusiya Dövlət Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") əməkdaşlarının iştirakı ilə respublika ərazisi üzrə fəaliyyət göstərən pomidor istehsalı müəssisələrində birgə videomonitorinqlər aparılır.

24 aptekin personalı işdən çıxarıldı
Bununla yanaşı müəssisələrdə həyata keçirilən sağlamlaşdırıcı tədbirlər və aparılan araşdırmaların nəticələri ilə əlaqədar məlumatlar mütəmadi qaydada Rusiya tərəfinə təqdim olunur. Görülən işlərin məntiqi nəticəsi olaraq “Rosselxoznadzor" tərəfindən aprelin 13-dən daha 7 pomidor istehsalı müəssisəsindən məhsul ixracına icazə verilib.

Beləliklə, indiyə qədər ümumilikdə Rusiya Federasiyasının müvafiq qurumu tərəfindən 96 istehsal müəssisəsindən Rusiyaya məhsul ixracına icazə verilib. Hazırda Rusiyaya pomidor ixracına icazə verilmiş müəssisələrin ixrac potensialı 261 min 588 ton təşkil edir ki, bu da 2020-ci il ərzində Rusiyaya ixrac olunan 179 min 956 ton pomidor məhsulunun 145,4 faizini təşkil edir.

Azvision.az


Teqlər: AQTA  





Xəbər lenti