Gürcüstan parlamentində Qarabağ müzakirəsi

 Gürcüstan parlamentində Qarabağ müzakirəsi
  13 Aprel 2021    Oxunub:2173
Gürcüstan parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri üzrə komitəsində “Dağlıq Qarabağ üzrə sülh sazişinin Cənubi Qafqazda təhlükəsizlik mühitinə təsiri” mövzusunda müzakirələr aparılıb.
Qapalı keçən iclasda komitənin sədri İrakli Beraya regionda baş verən proseslər, Dağlıq Qarabağ münaqişəsinin həlli və qarşıda duran yeni çağırışlar barədə danışıb.

Sonra komitə üzvləri Gürcüstanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri vəzifəsini icra edən Şalva Lomidzenin məsələ ilə bağlı məruzəsini dinləyiblər.

Xidmət rəisi Dağlıq Qarabağ münaqişəsinin həllinə dair məlumat və razılaşmanın nəticələri barədə ətraflı məlumat təqdim edib.

Bildirib ki, Gürcüstan hökuməti ölkənin bölgədə üzləşdiyi təhlükələrə cavab olaraq müdafiə, milli təhlükəsizlik sistemi və bölgədə təhlükəsizlik mühitini daha da gücləndirilməsi istiqamətində bir sıra vacib addımlar atır.

Toplantıda, həmçinin komitə üzvləri qurumun hazırladığı təhlil və qiymətləndirmələrlə tanış edilib və Gürcüstanın bölgədəki hazırkı vəziyyətlə əlaqədar üzləşə biləcəyi problemlər barədə danışılıb. (AzərTAc)

Azvision.az


Teqlər: Qarabağ   Gürcüstan  





Xəbər lenti