Zelenski Baydendən kömək istədi

Zelenski Baydendən kömək istədi
  13 Aprel 2021    Oxunub:889
Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ lideri Cozef Baydenə müraciət edib.
Azvision.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Zelenski müraciətində Ukrayna ilə ABŞ-ın “yaxşı dost” olduğunu bəyan edib. Onun fikrincə, ABŞ Rusiyanın aqressiv hərəkətlərinin qarşısını almaq və münaqişəyə son qoymaq üçün daha çox iş görməlidir.

Zelenski qeyd edib ki, hazırda Ukraynanın daha çox pula, silaha və NATO-ya üzv olmaq üçün böyük dəstəyə ehtiyacı var.

“Əgər ABŞ bizi NATO-da görmək istəyirsə, bunu birbaşa deməli və sözlərinə əməl etməlidir”,- deyə Ukrayna Prezidenti vurğulayıb.

Azvision.az


Teqlər: Zelenski  





Xəbər lenti