Koronavirusa yoluxma sayı 137 milyonu keçdi

Koronavirusa yoluxma sayı 137 milyonu keçdi
  13 Aprel 2021    Oxunub:3243
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 137 milyon 266 min 654 nəfərə çatıb.

Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 2 milyon 958 min 867 nəfərdir. İndiyədək 110 milyon 458 min 199 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatına əsasən, ötən sutka ərzində 675 707 nəfər koronavirusa yoluxub, 11 746 pasiyent vəfat edib.

Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 31 990 143 nəfər virusa yoluxub, 576 298 pasiyent dünyasını dəyişib.

İkinci sırada Hindistan gəlir. İndiyədək bu ölkədə 13 689 453 nəfərdə virus aşkar edilib. Xəstələrdən 171 089 nəfər həyatını itirib.

Üçüncü sırada yer alan Braziliyada pandemiya dövründə 13 521 409 nəfərdə koronavirusa yoluxma qeydə alınıb. Onlardan 355 031 nəfəri vəfat edib.

Dördüncü yerdə qərarlaşan Fransada 5 067 216 yoluxma, 99 135 ölüm faktı qeydə alınıb.

Siyahıda beşinci olan Rusiyada 4 649 710 nəfər virusa yoluxub ki, onlardan 103 263-ü ölüb.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus   Statistika  





Xəbər lenti