Qaribaşvili müsəlmanları təbrik edib

Qaribaşvili müsəlmanları təbrik edib
  13 Aprel 2021    Oxunub:1989
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkənin müsəlman vətəndaşlarını Ramazan ayının başlaması münasibətilə təbrik edib.
Azvision.az xəbər verir ki, hökumət başçısı bu barədə “Facebook” səhifəsində yazıb. Qaribaşvili müsəlmanlara inam, səbir və müqəddəs Ramazan ayını layiqincə başa vurmağı arzulayıb:

“Mən sizin ümumi vətənimiz olan Gürcüstanın ictimai həyatına və onun gələcək inkişafına verdiyiniz böyük töhfəni çox yüksək qiymətləndirirəm. Sizin unikal mədəniyyət və ənənələriniz Gürcüstanın zənginliyidir, onun müxtəlifliyinin ayrılmaz hissəsidir”.

Baş nazir müsəlman vətəndaşlara və onların ailə üzvlərinə cansağlığı, firavanlıq və əmin-amanlıq arzulayıb.

Azvision.az


Teqlər: İrakliQaribaşvili  





Xəbər lenti