ABŞ-da atışma olub, ölən və yaralılar var

ABŞ-da atışma olub,  ölən və yaralılar var
  13 Aprel 2021    Oxunub:2464
Amerikanın Tennesi ştatının Noksvill şəhərindəki məktəbdə - “Austin-East Magnet”də atışma baş verib.
Azvision.az xəbər verir ki, bu barədə yerli polis “Twitter”də məlumat yayıb.

Hadisə zamanı aralarında polis zabiti də olmaqla, bir neçə nəfər yaralanıb. Cavab atəşı ilə şübhəli şəxs öldürülüb. Hadisəni şagirdlərdən birinin törətdiyi qeyd edilib.

Polis faktla bağlı araşdırma aparır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Atışma  





Xəbər lenti