GUAM-ın sabiq baş katibi: “Ermənistan Qarabağda sülh və sabitlikdə maraqlı olmalıdır” - EKSKLÜZİV

 GUAM-ın sabiq baş katibi:  “Ermənistan Qarabağda sülh və sabitlikdə maraqlı olmalıdır” -  EKSKLÜZİV
  13 Aprel 2021    Oxunub:3900
Ermənistanın minalanmış ərazilərin xəritələrini Azərbaycana verməkdən imtina etməsi heç cür məntiqli deyil.
Bunu Azvision.az -a eksklüziv açıqlamasında GUAM-ın sabiq baş katibi, gürcü ekspert Valeriy Çeçelaşvili bildirib.

Onun sözlərinə görə, Ermənistan Qarabağda davamlı sülh və sabitliyin bərqərar olmasında maraqlı olmalıdır.

“Hesab edirəm ki, hər kəs, ilk növbədə Ermənistan Qarabağda davamlı sülh və sabitliyin bərqərar olmasında maraqlı olmalıdır. Ruslar isə hadisə yerində nəzarəti həyata keçirən tərəf kimi davranmalıdırlar. Mən qardaş Azərbaycana bundan sonra da uğurlar arzu edirəm. Ümid etmək istəyirəm ki, yaxın gələcəkdə bu və digər məsələlərlə bağlı vəziyyət öz həllini tapacaq".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ValeriyÇeçelaşvili  





Xəbər lenti