Almaniyada bir gündə 11 minə yaxın yoluxma olub

Almaniyada bir gündə 11 minə yaxın yoluxma olub
  13 Aprel 2021    Oxunub:1606
Almaniyada son bir gündə 10 810 nəfər koronavirus infeksiyasına yoluxub, 294 pasiyent dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə Robert Kox İnstitutu məlumat yayıb.

İnstitutun açıqlamasına görə, Almaniyada epidemiyanın başlanğıcından bəri 3 022 323 yoluxma halı aşkarlanıb, 78 746 ölüm faktı qeydə alınıb.

Xatırladaq ki, Almaniyada karantin rejimi 18 aprelədək uzadılıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Koronavirus   Almaniya  





Xəbər lenti