Ermənistan müxalifəti parçalandı: Sarkisyan Koçaryana qarşı

  13 Aprel 2021    Oxunub : 2165
 Ermənistan müxalifəti parçalandı:  Sarkisyan Koçaryana qarşı
Ermənistan müxalifəti seçkilərdə birgə iştirak üçün birləşə bilmir.
Azvision.az xəbər verir ki, bu barədə “Qraparak” nəşri yazıb.

Məqalədə vurğulanıb ki, Ermənistan müxalifəti əsas qüvvələri birləşdirərək seçkilərə vahid cəbhə ilə olmasa da, bir neçə böyük blokla gedə biləcəyinə ümid edirdi, amma məyus oldu.

“Bu günlərdə bir çox müxalifətçi böyük birliyin nəticə verməməsindən, hətta kiçik birliyin belə uğursuz ola biləcəyindən narahatdır. Kluarlarda gedən müzakirələrdə birləşməmənin əsas günahkarları kimi Serj Sarkisyan və Robert Koçaryanın adını çəkirlər. Məlumata görə, onlar Nikol Paşinyanla müqayisədə bir-biri ilə daha çox mübarizə aparır. Əgər onlar fikir ayrılıqlarını unudub, birləşsəydilər, Paşinyan üçün çətin olacaqdır”.

Qəzet qeyd edir ki, Sarkisyan hakimiyyətə iddialı deyil, lakin özünün siyasi komandasının məsələlərini həll etməyə çalışır. Koçaryana gəlincə, onun bir çox əsassız ambisiyaları var, heç kimə güzəştə getmək istəmir və dominant olacağını, siyahını təkbaşına tərtib etməli olduğunu düşünür. Buna görə Koçaryanla birləşməyə hazır olan bir çox siyasi qüvvələr, o cümlədən daşnaklar tərəddüd etməyə başlayıblar. Onlar son vaqon olmaq istəmirlər.

Qəzet onu da yazır ki, müxalifətin belə parçalanması yalnız Nikol Paşinyan üçün əlverişlidir.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Ermənistan   Koçaryan   Sarkisyan