Lavrov və Zərif Qarabağdakı vəziyyəti müzakirə etdi

 Lavrov və Zərif Qarabağdakı vəziyyəti müzakirə etdi
  13 Aprel 2021    Oxunub:2933
Rusiya və İran Dağlıq Qarabağda ədalətli əsaslarla uzunmüddətli siyasi tənzimləmənin tərəfdarıdırlar.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşdən sonra bildirib.

“Rusiyanın atəşkəs rejimini qorumağa imkan verən vasitəçilik səylərini nəzərə alaraq Dağlıq Qarabağdakı vəziyyəti müzakirə etdik. Münaqişənin nəticələrinin aradan qaldırılmasının, Azərbaycan və Ermənistan xalqlarının mənafeləri baxımından ədalətli əsasda uzunmüddətli siyasi və diplomatik həllinə nail olmağın vacibliyini vurğuladıq. Həmçinin, bu məsələdə bölgə ölkələrinin oynaya biləcəyi rol da qeyd edildi", - Lavrov bildirib

Pərvanə Sultanova
Azvision.az



Teqlər: İran   Rusiya   XİN  





Xəbər lenti