Rusiyada koronavirusdan daha 338 nəfər ölüb

Rusiyada koronavirusdan daha 338 nəfər ölüb
  13 Aprel 2021    Oxunub:2660
Rusiyada son sutka ərzində koronavirusa 8173 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 4 657 883 nəfərə çatıb.

Rusiyada son bir gündə 338 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 103 601 nəfərdir. İndiyədək 4 281 776 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada beşinci yerdədir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Koronavirus  





Xəbər lenti