Sarkisyanın qardaşı oğlu yenidən həbs olundu

Sarkisyanın qardaşı oğlu yenidən həbs olundu
  13 Aprel 2021    Oxunub:2352
Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın qardaşı oğlu Narek Sarkisyan yenidən həbs olunub.
Azvision.az xəbər verir ki, bu barədə baş prokurorun müşaviri Qor Abrahamyan “Facebook” hesabında yazıb.

12 apreldə Ermənistan Kassasiya Məhkəməsi Baş prokurorluğun apellyasiya şikayətini təmin edib və Sarkisyana qarşı Apellyasiya Məhkəməsinin girov tətbiq edilməsi barədə qərarını ləğv edib.

Xatırladaq ki, Narek Sarkisyan silah saxlama, narkotik və fırıldaqçılıqda təqsirli bilinərək axtarışa verilib.

2018-ci ilin dekabrında İnterpol onu Franklin Qonsales pasporu ilə gizləndiyi Praqada tapıb. Praqa məhkəməsi və Çexiya Ədliyyə Nazirliyi onu Ermənistana təhvil vermək barədə razılığa gəlib. Sarkisyan ona edilmiş qanunsuz silah saxlama, fırıldaqçılıq və adam qaçırmaq ittihamları ilə günahkar olduğunu etiraf edib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: NarekSarkisyan  





Xəbər lenti