Rəşad Nəbiyev Türkiyə səfiri ilə görüşdü

Rəşad Nəbiyev Türkiyə səfiri ilə görüşdü
  13 Aprel 2021    Oxunub:2999
Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar görüşdüm.
Azvision.az xəbər verir ki, bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev "Facebook" hesabında yazıb.

"Qardaş ölkələrimiz arasında olan sıx əməkdaşlıq, eləcə də Türkiyənin Vətən müharibəsi zamanı göstərdiyi mənəvi, siyasi və diplomatik dəstək haqqında danışdıq. Bu əlaqələrin inkişafında Türkiyənin ölkəmizdəki səfirliyinin böyük rol oynadığını vurğuladım", - deyə R.Nəbiyev vurğulayıb.

Azvision.az


Teqlər: Nazir   Səfir   Görüş  





Xəbər lenti